RU
Səbuhi Abbasov:
21:59
955

Səbuhi Abbasov: "Diaspor təşkilatları QHT-lərlə sıx şəkildə işləməlidirlər"

Xarici ölkələrdə ölkəmizi təmsil edən mühüm təşkilatlardan biri də diasporalardır. Müasir dövrdə diasporaların qloballaşan dünyada ölkəmizi necə təmsil edirlər. Qarşıdakı süjetimizdə diasporalarımızın  perspektivləri və problemləri araşdırılıb.

Müasir dövrdə prioritet sayılan, daim gündəmdə yer alan diaspor fəaliyyəti dünyanın hər yerində aktual məsələ olaraq qalır. Ölkənin hüdudlarından kənarda Azərbaycanın tanıdılması işində diasporun fəaliyyətinin əhəmiyyəti və imkanları var. Onların təbliğatı dövlətçiliyin beynəlxalq aləmdə tanıdılması baxımından vacibdir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bu sahədə bir sıra çatışmazlıqların olduğunu deyir. Azərbaycandan kənarda fəaliyyət göstərən qurumlarla  ölkə daxilində fəaliyyət göstərən qeyri hökumət təşkilatları arasında əlaqə zəifdir. Bu baxımdan diasporların fəaliyyətlərinin icrasında vətəndaş cəmiyyətinin iştirakı vacibdir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmdə tanınması işində diaspor fəaliyyətinin şaxələnməsi üçün bu iki qurumun birgə fəaliyyəti dönüş nöqtəsi ola bilər. Nəzəri baxımından hər ikisinin məqsədi dövlətimizin dünya miqyasında geniş təbliğatına nail olmaqdır.

ELŞƏN  MÜRSƏLOV

TTV

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ