RU
Seçki protokolu Konstitusiya Məhkəməsinə göndərilib
11:19
1120

Seçki protokolu Konstitusiya Məhkəməsinə göndərilib

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokolunu Konstitusiya Məhkəməsinə təqdim edib.

Bunu MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. 

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ