Qambiya dövlət başçısı Yəhya Cammeh prezidentlik mandatı bitəndən sonra istefaya getməkdən imtina edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Mən qorxaq deyiləm. Hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim budur. Allahdan başqa heç kim məni qələbəmdən məhrum edə bilməz. Mən öz vəzifəmdən getməyəcəyəm", - deyə Cammeh bildirib.
BMT-nin Qərbi Afrika üzrə xüsusi nümayəndəsi Məhəmməd İbn Çambas bildirib ki, Qambiya prezidenti yanvarın 19-u mandatı bitəndən sonra hakimiyyətdən getməsə, "ciddi sanksiyalara" məruz qalacaq.
Qeyd edək ki, dekabrın 1-də keçirilən prezident seçkilərində müxalifətdə olan Birləşmiş Demokrat partiyasının nümayəndəsi 45,5% səs toplayaraq qalib gəlib. Ölkənin hazırki prezidenti Yəhya Cammeh isə 36,7% səs toplayıb./qafqazinfo
7news.Az








