RU
Seçkilərdə ən çox səs toplayan namizəd
15:22
1326

Seçkilərdə ən çox səs toplayan namizəd

Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva topladığı səs faizi ilə “exit-poll”un sorğusunun lideri olub. 

7News.Az-ın məlumatına görə 14 saylı Xəzər seçki dairəsinin “exit-poll” sorğusuna cəlb olunmuş seçicilərinin 96,1% Mehriban Əliyeva səs verdiyini bildirib. 

Bununla da o, “exit-poll”un nəticələrinə görə, Azərbaycanın yeni formalaşan parlamentində yer qazanmış olur. Mehriban Əliyeva ilk dəfə 2005-ci ildə parlament seçkilərində iştirak edib.

2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797) səs toplayaraq deputat seçilib.


Mehriban Əliyeva - Azərbaycanın birinci xanımı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ