RU
Seçkiöncəsi son görüşlər
20:53
540

Seçkiöncəsi son görüşlər

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Mərkəzi Seçki komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən  verilən məlumata görə, Məzahir Pənahov xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri ilə görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında böyük əhəmiyyətə malikdir.

MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ