Britaniyanın Kral Hərbi-Hava Qüvvələrinin (RAF) təyyarələri İraqda İŞİD-ə qarşı raket-bomba zərbələri endirməyə davam edir.
7News.az Daily Mail-ə istinadən bildirir ki, dünən RAF arsenalındakı ən ağır və ən böyük aviabombalardan istifadə edərək İŞİD-in Mosul şəhərindəki idaretmə mərkəzi ilə qərargahını viran qoyub.
İŞİD-in qərargahı İraqın mərhum prezidenti Səddam Hüseynin sarayında yerləşirdi.
Bu saray 1994-cü ildə inşa olunmuşdu.
Sarayda idarəetmə mərkəzi və qərargahla yanaşı, İŞİD-ə qatılmış xarici ölkə vətəndaşlarının terror təlimi keçdikləri düşərgə də vardı.
RAF-ın 2 "Tornado" qırıcı-bombardmançı təyyarəsinin pilotları saraya hər biri 907 kiloqram ağırlığında "Enhanced Paveway III" aviabombaları atıblar.
Bu aviabombalar bunkerləri və yeraltı istehkamları darmadağın etmək gücünə malik olduğu üçün "Bunker buster" adlandırılır.
7News.az











