DİN-dən 7NEWS.az-a bildirilib ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Sədərək” ticarət mərkəzindəki yanğında polis əməkdaşı tüstüdən zəhərlənib - VİDEO-FOTO (YENİLƏNİB)
Hadisə08.01.202322:404974
"Sədərək” ticarət mərkəzində yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.
DİN-dən Ölkə.az-a bildirilib ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ətraflı
Ad - 00:02
Onun müalicəsi davam etdirilir.
***
"Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 30 ədəd texnika və 130 nəfər şəxsi heyət cəlb edilib.
Bu barədə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzov bildirib.
"Saat 18:24 məlumat daxil olub. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 şəxsi heyət cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb. Məlumat daxil olan andan 4 dəqiqə ərzində əraziyə yanğınsöndürənlər cəlb edilib. Ancaq yanğının ikinci mürəkkəblik dərəcəsi üzrə əraziyə əməkdaşlarımız cəlb edilib. Hal hazırda yanğın lokallaşdırılıb. Yanğın 16 və 17-ci sırada başlayıb. Əsasən yanan elektrik cihazları və məişət əşyalarıdır. Hazırda yanğının səbəbləri araşdırılması üçün istintaq araşdırması aparılır” – deyə Novruzov qeyd edib.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.
FHN-dən Ölkə.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparılır".
Bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, 15-20 dəqiqə ərzində məhdudlaşdırma veriləcək:
"Bəzi yerlərdə kiçik alovlar ola bilər, onun da təhlükəsi yoxdur.
Əsas yanğının yayılmasının qarşısı alınıb. Hadisə yerinə 22 texnika, 120-dən artıq canlı qüvvə cəlb olunub.
Yanğının səbəbi barədə hələlik nəsə deyə bilmərik, araşdırma nəticəsində məlum olacaq".
***
Xəbər verdiyimiz kimi, "Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
Ölkə.az yanğından görüntüləri təqdim edir:
***
"Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib".
Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", - DİN rəsmisi qeyd edib.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.








