Türkiyə Super Liqasının 24-cü turunda "Ankaragücü" klubu səfərdə "Antalyaspor"un qonağı olub.
7News.Az xəbər verir ki. qarşılaşma qonaqların 4:2 hesablı qələbəsiylə yekunlaşıb.
Oyun başa çatdıqdan sonra Antalyadan Ankaraya dönən azarkeşləri aparan avtobus qəzaya uğrayıb. Afyon-Sandıklı yolunda avtobusun aşması nəticəsində Mert Turqut Çakır ve Eren Açıkgöz adlı 2 azarkeş ölüb, 20-dən çox insan isə yaralanıb. Ölən şəxslərdən birinin 15, digərinin isə 17 yaşı var.
Hadisədən sonra "Ankaragücü"nün sosial media hesablarından "Sonu belə olmamalı idi. Başımız sağ olsun. Yasdayıq" açıqlaması yayınlanıb.
7News.Az









