RU
Səfir:
13:00
461

Səfir: "Herbert Zalberin Azərbaycana səfəri konstruktiv oldu"

"Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu".

Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

Onun sözlərinə görə, xüsusi nümayəndə öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək verir, Azərbaycan və Ermənistana mütəmadi səfərlər edir:

"Əlbəttə ki, Avropa İttifaqı üçün hər iki tərəflə təmasda olmaq vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ