RU
Səfir: İlham Əliyev nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək
11:08
343

Səfir: İlham Əliyev nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək

“Azərbaycan nüvə təhlükəsizliyində vacib rol oynayır”.

Azərbaycan prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcəyini təsdiqləyib. Sammit cari ilin mart ayının sonunda Vaşinqtonda keçiriləcək.

“Prezident Əliyev Barak Obamanın dəvətinə müsbət cavab verib (nüvə təhlükəsizliyi üzrə sammitdə iştiraka – İF-Az). Bu, çox vacibdir (prezidentin iştirak edəcəyini təsdiqləməsi – İF-Az).

Azərbaycan nüvə təhlükəsizliyində vacib rol oynayır”, - ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İnterfaks-Azərbaycan agentliyinə bildirib.

O həmçinin qeyd edib ki, Bakı və Vaşinqton münasibətlərin möhkəmlənməsi istiqamətində, onların hər iki ölkə üçün daha pozitiv və qarşılıqlı əlverişli olması üçün çalışırlar.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ