RU
 Səfir:
15:05
454

Səfir: "Minsk qrupunun yeni fransalı həmsədri təcrübəli diplomatdır"

"ATƏT Minsk qrupunun fransalı həmsədrinin dəyişməsi xüsusi səbəblərlə bağlı deyil".

Bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

O qeyd edib ki, əvvəlki həmsədr Pyer Andryönin mandatı başa çatıb və onun yerinə Stefan Viskonti təqdim olunub.

Səfir deyib ki, Viskonti təcrübəli diplomatdır: "Fransa Minsk Qrupunda fəaliyyət göstərmək üçün yalnız təcrübəli diplomatları göndərir."

Fransa səfiri S.Viskontinin artıq işə başladığını deyib./trend

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ