"Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək”.
7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb.
"Azərbaycan-Ermənistan sərhədində erməni təxribatlarında şəhid olan igidlərə Allahdan rəhmət, ailələrinə və silahdaşlarına səbirlə başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, - diplomat bildirib.








