Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis əməkdaşı Mövlud Mərd Altıntaşın evində aparılan axtarışlar sona çatıb.
7News.az xəbər verir ki, Ankaranın Keçiören rayonunda yerləşən mənzildə FETÖ şəbəkəsinə və Əl-Qaidə terror təşkilatına aid kitablar tapılıb.
Xatırladaq ki, sözügedən şəxs dünən silahlı hücumu həyata keçirdikdən 40 dəqiqə sonra öldürülüb.
7News.az








