Türkiyənin AKP-yə yaxın "Yeni Akit" qəzeti təxribatla qarşılaşıb.
7News.az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə bağlı nəşrin "Twitter” səhifəsində paylaşılan xəbəri montaj olunub.
Belə ki, montaj olunmuş şəklin üzərində "hücumda polis məmuru Mert Altıntaş şəhid oldu” yazılıb.
Lakin nəşr sonradan bunun yalan olduğunu açıqlayıb. "Yaşanan bu hadisə ən az terror hadisələri qədər dəhşətlidir. Məqsəd ölkəmizi Suriya başda olmaqla, beynəlxalq məsələlərdə çətin vəziyyətdə qoymaqdır. Hadisənin FETÖ ilə əlaqəsini anlamaq çox çətin deyil. Hadisədən dərhal sonra ortaya atılan "dinçi terrorçu” ifadələri də əsl niyyəti ortaya qoyur”, - deyə nəşr bildirib.
7News.az











