RU
Səfirimiz etimadnaməsini Cibuti prezidentinə təqdim edib
13:54
1135

Səfirimiz etimadnaməsini Cibuti prezidentinə təqdim edib

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Cibuti Respublikasının prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib.

XİN-dən 7News.Az-a daxil olan xəbərə görə, Cibuti prezidenti ilə keçirilmiş görüşdə səfir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsmayıl Ömər Quelleyə çatdırıb. 

Dövlət başçısı İsmayıl Ömər Quelle salamlarının və hörmətinin prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən İsmayıl Ömər Quelle səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ