"Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi bizim üçün çox ağırdır”.
Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Dünən Ankarada səfir Andrey Qennadiyeviç Karlov namərdliklə öldürülüb. Hazırda bu cinayət bütün təfərrüatı ilə araşdırılır”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb./qafqazinfo
7news.Az








