Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra Ankara Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq tədbirləri çərçivəsində yeni bilgi əldə olunub.
Səfiri öldürən Mevlüt Mert Altıntaşın əlaqələrini araşdıran polis onun sui-qəsddən öncə işdən icazə alaraq İstanbulda yaşayan, radikal düşüncəli bir nəfərlə üz-üzə görüşdüyünü müəyyənləşdirib.
Adı gizli saxlanılan və istintaq üçün önəmli ola biləcəyi düşünülən həmin şübhəli şəxs saxlanılaraq Ankaraya gətirilib.
Qeyd edək ki, istintaq tədbirləri çərçivəsində Altıntaşla əlaqəsi olan 5 polis saxlanılıb.
Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib./qafqazinfo
7news.Az








