RU
Səfirin qətlindən öncə Gülənin müdhiş mesajı - VİDEO
18:16
570

Səfirin qətlindən öncə Gülənin müdhiş mesajı - VİDEO

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsindən əvvəl FETÖ lideri Fətullah Gülənin son mesajı gündəmə gəlib.

7News.az
 xəbər verir ki, F.Gülənin son söhbəti herkul.org saytında dekabrın 18-də yayımlanıb. Son videosu isə səfirin öldürüldüyü 19 dekabr tarixindən yerləşdirilib.

Söhbət belə adlanırdı: Şərbət.

F.Gülənin söhbətə başlamamışdan öncə oturduğu yerdən qalxaraq, başqa stola əyləşməsi diqqət çəkib.

"Özünü kiçik gör, özündə əskiklik gör ki, nəzd-i Uluhiyetdə bir qiyaməti hərbiyəyə çatasan. Özünü böyük gördükcə, nəzd-i Uluhiyətdə heç bilmədən məruzu-sukut olarsan, düşməyə məruz qalarsan”, - deyə o bildirib.

F.Gülənin 15 iyul dövlət çevrilişi cəhdindən sonra da söhbətlərində tez-tez oturduğu yeri dəyişdirdiyi deyilir. FETÖ lideri bununla tərəfdarlarına "yerinizi dəyişdirin” mesajı verib.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ