RU
Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır
00:20
953

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir.

ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

7news.Az xəbər verir ki, иu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir:

“Havay ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ