RU
Səfirlik ermənilərin Tehrandakı qalmaqallı plakatına münasibət bildirdi
16:55
405

Səfirlik ermənilərin Tehrandakı qalmaqallı plakatına münasibət bildirdi

İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyanla Tehranda yaşayan bir qrup erməninin "Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən 7News.Az-a bildiriblər:

"Səfirlik bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirilir və bunu pisləyir”.

Açıqlamada bildirilir ki, İran Azərbaycanın müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcək:

"Həmçinin, düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı "Qarabağ Ermənistanındır” şüarı ilə plakat qaldırılıb.

Bu, İranda yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Təbrizin "Traktorsazi” futbol komandasının "Sepahan” komandası ilə oyunu zamanı azərbaycanlı azarkeşlər milli birlik sərgiləyiblər. Təbriz stadionunda 100 min nəfər "Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirməyə başlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ