RU
Şəhər meri: “Rusiya ordusu Mariupola 100 aviabomba atıb, 2187 sakin həlak olub
22:02
1287

Şəhər meri: “Rusiya ordusu Mariupola 100 aviabomba atıb, 2187 sakin həlak olub"


Rusiya silahlı qüvvələri Mariupola 100 aviabomba atıb, nəticədə 2187 nəfər həlak olub.

7NEWS.Az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın Mariupol şəhərinin meri bildirib.
Mer əlavə edib ki, şəhər hər gün aviazərbələrə məruz qalır. Son sutkada azı 24 bombardman həyata keçirilib. Artıq Mariupola yüzdən çox bomba atılıb. Bu zərbələr 2187 mariupollunun həyatına son qoyub.

Mer vurğulayıb ki, 400 min sakinin həyatı təhlükə altındadır. Vəziyyətdən çıxış yolu Ukraynanın hava məkanını bağlamaq və ya ölkəyə daha səmərəli HHM sistemləri verməkdir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ