RU
Şəhər merinin müavini iş otağında qətlə yetirildi
20:10
498

Şəhər merinin müavini iş otağında qətlə yetirildi

Rusiyada mer müavininin qətli ilə bağlı bir neçə versiya nəzərdən keçirilir.
APA-nın Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, istintaq Moskva vilayətinin Krasnoqorsk şəhəri merinin müavini Yuri Karaulovun qətlinin onun vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olduğunu istisna etmir.

Hazırda müstəntiqlər bunu əsas versiya kimi nəzərdən keçirirlər.

Müəyyən olunub ki, nahar vaxtı Y. Karaulovun iş otağına şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı Amiran Georqadze daxil olub. Onlar bir müddət söhbət etdikdən sonra Y. Karaulov otağa A. Georqadzenin ortağı olduğu "Krasnoqorsk elektrik şəbəkə"sinin rəhbəri Georgi Kotlyarenkonu dəvət edib. Bundan sonra onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı A. Georqadze Y. Karaulovun katibindən otağa şəxsi sürücüsünü dəvət etməyi tələb edib. Şahidlərin sözlərinə görə, həmin adam otağa əlində böyük çanta ilə daxil olub. İstintaqın versiyasına görə, A. Georqadze çantadan avtomat silahı çıxarıb və atəş açmaq istəyib. Lakin avtomatdan atəş açılmayıb. Bundan sonra o, merin müavininə və şəhər elektrik şəbəkəsinin rəhbərinə tapançadan atəş açıb. Karaulovla Kotlyarenko aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Hazırda qətli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

---------

18:10

Rusiyada şəhər merinin müavini iş otağında güllələnib.

APA-nın Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzə Baş İstintaq İdarəsinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 14:00 radələrində Moskva vilayətinin Krasnoqorsk şəhərində mer müavini və şəhərin elektrik şəbəkəsinin rəhbəri qətlə yetiriliblər.

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyənləşib. Onun şəhərdə fəaliyyət göstərən biznesmen olduğu bildirilir.

"Müəyyən olunub ki, nahar vaxtı Krasnoqorsk merinin müavininin iş otağına şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı gəlib. O, avtomat silahdan mer müavininə və şəhərin elektrik şəbəkəsinin rəhbərinə atəş açıb. Daha sonra hadisə yerindən şəxsi avtomobilində qaçıb. Hər iki şəxs aldığı xəsarətdən ölüb", - deyə İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ