İstanbulda ötən gün səhər saat 9 radələrində təcavüz olayı baş verib.
7news.Az Milliyet-ə istinadən xəbər verir ki, 16 yaşlı A.N.G. adlı qıza ədəbsiz sözlər deyən sərxoş şəxs, onun ağzını yumaraq yerə yıxıb. Qızın qışqırtısını eşidən təhlükəsizlik əməkdaşları şübhəlini ələ keçirib. 24 yaşlı Y.K. təcavüz iddiasını rədd edərək, qızın onu söydüyünü deyib.
Polislər olayla bağlı istintaqa başlayıb.
7news.Az










