İstanbul Bağcılarda səhərə yaxın panika yaşanıb.
Səhərə qarşı saat 04.30-da səbəbi bilinməyən bir yanğın sonrası bir oteldə qalanlar bayıra qaçıblar.

Sürətlə böyüyən alovlar səbəbiylə otel ağır dumanla örtülüb.
Bu vaxt oteldən 80 turist çıxarılıb.
Xəbər üzərinə hadisə yerinə sövq edilən polis, xilasetmə və 112 Təcili Sağlamlıq qrupları yanğının qarşısını almaq üçün çalışıblar.
Yanğın tamamilə söndürüldükdən sonra otelin yerli və xarici turistləri qısa müddətli təlaşdan sonra sakitləşiblər.
Yanğının səbəbi araşdırılır./metbuat








