RU
Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO - FOTO
17:30
548

Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO - FOTO

İspaniyanın şimal-qərbindəki Leon vilayətindən 1550 qoyun və 80 keçi İspaniyanın paytaxtı Madrid küçələrindən keçirilib.

Onları süvari çobanlar və çoban itləri müşayiət edirdilər.

7News.Az European-a istinadən bildirir ki, ispan çobanlar 1994-cü ildən belə "qoyun paradı" keçirərək sürüləri qədim marşrutlarla qışlağa aparmaq hüquqlarını müdafiə edirlər.

Qoyun sürülərini İspaniyanın cənubundakı otlaqlara aparmaq üçün çobanlar 15-ci əsrdən bəri Madrid şəhərinin meriyasına simvolik məbləğ ödəyirlər.

 

Bu məbləğ Madridin mərkəzi meydanından keçən hər 1000 qoyun üçün 50 maravediyə (orta əsrlərdəki pul vahidi, - red.) bərabərdir.

Madrid meri Manuela Karmena da qatıldığı aksiyanı naxırların və sürülərin yaylaqdan qışlağa aparılması ənənəsi olan Almaniya, Fransa, Macarıstan, İsveç, Argentina və Yeni Zelandiyanın səfirləri də seyr ediblər.

7News.Az

Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ