RU
Şəhərin ortasında qadını saçından tutub sürüdü
17:24
3604

Şəhərin ortasında qadını saçından tutub sürüdü

Qadına şiddətə qarşı hər ötən gün daha da sərt qərarlar qəbul edilsə də, Çində çəkilən bu görüntülər tam əksini dedi.

7News.az xarici KİV-ə istinadən bildirir ki, bir kişi saçından tutduğu qadını şəhərin ortasında avtomobil yolu boyunca sürüyüb. Əlacsız qadın qışqıraraq kömək istəsə də, ətrafdakıların laqeydliyi insanlığın bitdiyini bir daha sübut edib.

İşin ən maraqlı tərəfi isə hadisənin şahidi olan bir təhlükəsizlik işçisinin qadını ona işgəncə verən şəxsin əlindən almaq üçün heç bir cəhd göstərməməsi olub.

Təhlükəsizlik kameralarına düşən həmin anlardan başqa, qadının aqibətindən heç bir məlumat yoxdur.

7News.az

Şəhərin ortasında qadını saçından tutub sürüdü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ