RU
Şəhid ailələrindən millət vəkilinə dəstək
10:50
766

Şəhid ailələrindən millət vəkilinə dəstək

Millət vəkili Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən şəhid ailələri və müharibə əlilləri, müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımızın ailələri, müharibə əlillərimiz və qazilərimiz bizim üçün çox dəyərlidir deyən Qənirə Paşayeva prezidentin rəhbərliyi altında onlara göstərilən qayğı və diqqətdən danışmaqla bərabər, özü də bir millət vəkili olaraq hər zaman onlara diqqətlə və hassaslıqla yanaşdığını deyib.

Görüş zamanı şəhid ailələri, müharibə əlillləri və qaziləri millət vəkilinin hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, Qənirə Paşayeva bu 10 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələn dəstəyi əsirgəməyib. Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayııq deyən şəhid ailələri, müharibə əlil və veteranları Qənirə Paşayeva ilə onları üçün çox vacib olan br sıra məsələləri də müzakirə edərək onları Milli Məclisdə qaldırmasını və hökumət qurumlarının təkrar diqqətinə çatdırmasını xahiş ediblər.

Millət vəkili özəlliklə 1-ci qrup əlillərə baxan şəxslərə sosial müavinətlərin verilməsi və Qarabağ müharibəsi əlil və veteranlarının tibbi sığırtası məsələsini bir neçə dəfə Milli Məclisdə qaldırdığını deyərək bundan sonra da hər zaman bu kimi məsələləri və ailələrin təkliflərini diqqətdə saxlayacağını bildirib.

Millət vəkili sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Qənirə Paşayeva son illlərdə prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərərk, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ