Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yaydı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)7news.Az-a bildirilib.
Nazirlikdən bildirilib ki, istifadəyə verilən 8 ədəd fərdi yaşayış evindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 6 ədədi isə şəhid ailələrinə təqdim olunub.
Nazirlikdən qeyd edilib ki, ümumilikdə cari ildə artıq 180 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.
7news.Az








