Türkiyənin Kayseri vilayətində əsgərlərə qarşı terror hücumu edilib.
7News.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhid olan əsgərlərdən 23 yaşındakı Arif Tuğun anası Songül Tuğun saçları tablo olub. Evə gəlməyinə 53 gün qalan oğlunun şəhid olduğunu öyrənən anası Songül Tuğ, acı xəbəri eşidəndə öz saçlarını qoparıb.
Ananın yanında olan Hərbçilər Qazilər Şəhid Dul və Yetimlər Dərnəyinin Ərzurum Şöbəsinin rəhbəri Rəcəb Akgül, qopan saçları yığıb. Bu saçları çərçivəyə saldıran Rəcəb Akgül, dərnək binasına "Ən acı tablo” olaraq asıb.
Qeyd edək ki, baş verən terror hadisəsində 14 şəhid, 56 yaralı olub.
7News.az







