RU
Şəhid atası Ərdoğana elə sözlər dedi ki...
17:49
1137

Şəhid atası Ərdoğana elə sözlər dedi ki...

Qiyamçı hərbçilərin qarşısına çıxaraq şəhid olan sakinin atası, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla oğlunun tabutu başında telefonla danışıb.

7News.Az bildirir kİ, Ərdoğan FETO-çu qiyamçıların istəklərinə əngəl olmaq istəyərkən şəhid olan 26 yaşlı Fatih Satırın atası Tuğran Satıra başsağlığı verib.

Prezidentin şəhid atası ilə telefon danışığı anbaan kameralara düşüb.

Şəhid atası prezidentlə telefon danışığı zamanı "Kükrə, ey aslanım. Sən əcdadımın nəvəsisən. Sən heç qorxma. "Allah-Allah" şüarıyla mənim oğlum sənin çıxışından sonra "Ölmək var, dönmək yox, şəhid olmağa gedirəm" dedi. Silahı olmamasına rəğmən igid ürəyiylə düşmən qarşısına çıxdı. Möhtərəm prezident, Allah sizi başımızın üstündən əskik etməsin. İstəsəniz, sizin bir sözünüzlə yenə də nə qədər şəhid olacaq gənclərimiz var" deyib.

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəhid atası Ərdoğana elə sözlər dedi ki...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ