RU
Şəhid Elçin Əliyevlə vida mərasimi keçirilir
20:38
147

Şəhid Elçin Əliyevlə vida mərasimi keçirilir

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinlə Şirvanda vida mərasimi keçirilir.

Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, şəhidin silahdaşları və ictimaiyyətin nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ