RU
Şəhid əsgərimiz dəfn edildi
14:30
1432

Şəhid əsgərimiz dəfn edildi

Ötən gün şəhid olan Azərbaycan ordusunun əsgəri, 18 yaşlı Nurməmmədzadə İbrahim Əvəz oğlu dəfn edilib.

Şəhid əsgərimiz doğulduğu Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Qeyd edək ki, İ.Nurməmmədzadə bu ilin iyul ayında hərbi xidmətə yollanıbmış. Allah rəhmət eləsin!

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ