Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri, 35 yaşlı Teymurov Pəncəli Nurməmməd oğlu bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.
7News.Az xəbər verir ki, ATV-nin cənub bürosundakı müxbiri Zaur İsmayılovun sözlərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.
7News.Az








