RU
Şəhid hərbçimiz Tovuzda torpağa tapşırıldı
20:41
450

Şəhid hərbçimiz Tovuzda torpağa tapşırıldı

Təmas xəttində düşmənin kəşfiyyat diversiya qrupunun təxribatının qarşısını alarkən hərbi qulluqçumuz  26 yaşlı Quliyev Rahib Nəriman oğlu şəhid olub.

Onun cənazəsi doğulub boya-başa çatdığı Tovuz rayonunun Bozalqanlı kəndinə gətirilib. Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin  dəfn mərasimində rayon rəhbərliyi, ailə üzvləri, qohumları, xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Müdafiə Nazirliyinin rəsmiləri şəhidin ailəsinə, yaxınlarına baş sağlığı verib. Çıxış edənlər Rahib Quliyev barədə danışaraq onun mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Rahib hər zaman vətən yolunda canından keçməyə hazır olub.  Rahib ailənin tək oğul övladı olub. 10 ildən çoxdur ki, ordu sıralarında ön xətdə qulluq edib. Hərbi qulluqçumuz Füzuli rayonu istiqamətində şəhid olub./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ