RU
Şəhid İsa Kəlbiyev Cəlilabadda dəfn edilib
20:20
221

Şəhid İsa Kəlbiyev Cəlilabadda dəfn edilib

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.

Şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib.

Daha sonra şəhid Göytəpə qəbirstanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İ. Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ