Məsələ ilə bağlı 7News.az-a yeni məlumatlar daxil olub. Daxil olan məlumata görə Salyan rayonu hərbi komissarlığından hərbi xidmətə çağırılan 1999-cu il təvəllüdlü əsgər Cəfərov Qurban Xanlar oğlu şəhid olub. Əsgər Salyan rayonundən hərbi xidmətə çağırılsa da Neftçala rayonu Xol Qarabucaq kəndində mərhum babasının məzarının yanında dəfn edilib.
Xatırladaq ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi məlumat verməyib.
* * *
Xocalı faciəsinin 26 -cı ildönümü günü daha 2 şəhid xəbəri yayıldı.
Daxil olan məlumatda hərbi qulluqçuların ad soyadları bildirilməsə də hazırda şəhidlərin cənazəsi dəfn olunması üçün doğulduqları rayonlara aparıldığı bildirilir.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmərinin rəisi, polkovnik Vaqif Dərgahlı ilə əlaqə saxlasaq da çoxsaylı zənglərimizə cavab verilməyib.
Salyan rayonu İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəbrayılov Rəşad Yasər oğlu məzuniyyətdə olduğunu, bu barədə məlumatının olmadığını, İcra Hakimiyyətinin digər əməkdaşları isə tamamilə məlumatsız olduğunu bildirdi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızı isə məlumat verə bilməyəcəyini, dəqiq məlumat əldə etdikdən sonra bizə məlumat verə biləcəklərini bildirdi./big.az
7News.az








