RU
Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq
10:10
242

Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib və onun nəşi tapılıb.

Mərhumun yaxınları "Yeni Sabah”a bildirib ki, şəhidin nəşi artıq ailəyə təhvil verilib. O, Bakıda Fəxri Xiyabanda dəfn olunacaq. Hazırda o dəfn olunmaq üçün Bakı şəhərinə gətirilir.

Bildirək ki, 46 yaşlı zabitimiz Murovdağ istiqamətində, Ömər aşırımında oktyabrın əvvəllərində şəhid edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ