RU
Şəhid pulunun
23:46
1412

Şəhid pulunun "yeyilməsi" ilə bağlı iddialara

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid statusundan məhrum edilən Mübariz Muradovla bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev aznews.az-a açıqlamasında Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyü bildirib: "Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb".

Nazirlik Bərdə rayonu, Mübariz Muradovun ailəsinə verilən təqaüdün dayandırılmasının səbəbini belə izah edib: "Əsli Muradovanın ailəsi şəhid ailəsi kimi Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunub. Lakin 2014-cü ilin avqust ayında şəhid ailələrinin sənədlərinin araşdırılması zamanı Əsli Muradovaya aid sənədlər arasında onun oğlu, hərbi xidmət zamanı vəfat etmiş Muradov Mübariz Heydər oğlunun şəhid statusunu təsdiq edən arayış olmadığı məlum olub. Bu səbəbdən onun ailəsinə Prezident təqaüdünün ödənişi 1 sentyabr 2014-cü il tarixdən dayandırılıb. Əsli Muradovaya rəsmi məktubla müraciət edilərək, şəhid statusunu təsdiq edən arayışı Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinə (ƏSMM) təqdim etməsi tövsiyə olunub. Ötən müddətdə Əsli Muradova həmin arayışı rayon ƏSMM-nə təqdim etməyib".

Nazirlik rəsmisi qeyd edib ki, Bərdə rayon ƏSMM tərəfindən Əsli Muradovaya 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2014-cü ilədək onun ailəsinə Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında rəsmi məktubla xəbərdarlıq edilib: "Lakin o, həmin vəsaiti almadığını və başqaları tərəfindən mənimsənildiyini iddia edir. Bərdə rayon ƏSMM tərəfindən qeyd olunan vəsaitin kimin tərəfindən alınmasının araşdırılması üçün Bərdə rayon Polis şöbəsinə müraciət edilib. Aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Əsli Muradova ilk vaxtlar təqaüdü Bərdə rayon ƏSMM-dən barat şəklində nəğd formada alaraq bunu hər dəfə öz imzası ilə təsdiq edib. "Kapitalbank" ASC-nin Bərdə rayon filialı tərəfindən verilən 18 sentyabr 2015-ci il tarixli arayışa əsasən, Əsli Muradova təqaüdün bankomatdan alınması üçün ilk plastik kartı 2009-cu ilin may ayında, növbəti plastik kartı isə 2014-cü ilin yanvar ayında öz imzası ilə həmin filialdan şəxsən götürüb".

7news.Az

Şəhid pulunun "yeyilməsi" ilə bağlı iddialara - RƏSMİ REAKSİYA - FOTO

 

Şəhid pulunun "yeyilməsi" ilə bağlı iddialara - RƏSMİ REAKSİYA - FOTO

Şəhid pulunun "yeyilməsi" ilə bağlı iddialara - RƏSMİ REAKSİYA - FOTO

Şəhid pulunun "yeyilməsi" ilə bağlı iddialara - RƏSMİ REAKSİYA - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ