RU
Şəhid qəbirləri ilə bağlı məsələ qərar layihəsinə daxil edilib
12:17
851

Şəhid qəbirləri ilə bağlı məsələ qərar layihəsinə daxil edilib

Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbristanlıqlar haqqında qərar layihəsində öz əksini tapıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərar layihəsi Nazirlər Kabinetinə göndərilib.

Onun sözlərinə görə, qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var: "Hazırda bunun üzərində iş davam edir. Yeni təkliflərə baxılacaq və qərar qəbul edildikdən sonra Azərbaycanda qəbristanlıqlarda vahid sistem təşəkkül tapacaq və dəbdəbədən kənar məzarlıqlar olacaq"./trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ