RU
Şəhid qızı atasının onu gördüyünü düşünüb, buludlara əl edir - Türkləri kövrəldən yas mərasimi - FOTOLAR
14:43
479

Şəhid qızı atasının onu gördüyünü düşünüb, buludlara əl edir - Türkləri kövrəldən yas mərasimi - FOTOLAR

5 yaşlı Duru şəhid atası Vefa Karakurdunun vida mərasimində türkləri kövrəltmişdi.

7News.az "Milliyet"ə istinadla bildirir ki, Durunun anası uşağın psixoloji vəziyyəti barədə jurnalistlərə açıqlama verib.

İstanbulun Beşiktaş ərazisində baş verən partlayışda həyatını itirən Vefa Karakurdunun doğulduğu Zonguldağın Ereğli vilayətində yas qurulub. Yas mərasimində 5 yaşlı Duru anasına verdiyi sualla hər kəsi kövrəldib. Belə ki, o, atasının türk bayrağına bükülən tabutunun yanında anasına: "Atam niyə onun içindədir?" - sualını verib. Durunun anası göz yaşlarına hakim ola bilməyib.

Anası ötən gün jurnalistlərə verdiyi açıqlamada Durunun atasının onu gördüyünü düşünüb, buludlara əl etdiyini söyləyib. Ana bildirib ki, Duru tez-tez ona: "Atam heç kimə bomba atmazdı, o pis insanlar kimlərdir?" - sualını verir.

Qeyd edək ki, dekabrın 10-da Beşiktaşda törədilən terakt nəticəsində 44 nəfər şəhid olub.

7News.az






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ