Sabunçu RİH-in mövqeyi saytlarda dərc edildikdən sonra S.Şərbətova AFN-ə müraciət edərək qurumun yalan danışdığını bildirdi. O, Sabunçu RİH-in heç nə etməyə-etməyə bu cür yalan açıqlama verməsindən təəssüfləndiyini deyib: "Bəlkə də qorxularından deyiblər ki, etmişik. Amma bu, əməlli-başlı şər-böhtandır. İllərlə hər həftənin 5-ci günü qəbula getmişəm, amma heç bir reaksiya olmayıb. Keşlədə yaşamışıq, amma nə özümün, nə şəhid yoldaşımın adına heç bir daşınmaz əmlak olmayıb. Çəkilişlər də olub mənim evimdə, mediada işıqlandırılb vəziyyətim. Sabunçu RİH-dən heç bir hərəkət olmayıb. Ümumiyyətlə, bizə dövlətdən hər hansı yardım edilməyib. Biz o qədər pis adam olduq ki, ediləni dandıq? Hazırda bizə könüllü olaraq kömək edən, evimizi təmir edən insanların Allah köməyi olsun".
S.Şərbətovanın hazırda yaşadığı mənzilin fotolarını təqdim edirik:














