RU
Şəhid zabitimiz dəfn olundu - FOTOLAR
11:48
1255

Şəhid zabitimiz dəfn olundu - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn olunub.

7News.Az-ın məlumatına görə, şəhid Qalib Laim oğlu Zülfüqarlı Lənkəran rayonunun Vilvan kənd qəbiristanlığında torpağa tapşırılıb. ATV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.

Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ