RU
Şəhid Üzeyir Əliyev Göygöldə dəfn olunub
20:10
404

Şəhid Üzeyir Əliyev Göygöldə dəfn olunub

Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan Üzeyr Sabir oğlu Əliyev dəfn olunub.

Gəncənin Qızıl qaya qəsəbəsində şəhid - 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər iştirak ediblər.

Daha sonra şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ