Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlər, layihələr həyata keçirib. Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. "Şəhidimi unutmadım, unutmaram" adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçiriləcək.
Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasovməlumat verib: "Hesab edirəm hər kəs imkanı daxilində şəhid ailələrinə qarşı diqqətli olmalıdır. Bu ən çox QHT-lərə və mediaya aiddir. Onların hesabına biz bugün rahat şəkildə gəzirik, dolanırıq. Elə hər şeyi Prezident və ya xanımı edəcək deyib soyuqqanlı olmayaq. Ölkə rəhbərliyi zatən lazımı diqqət və qayğını göstərir. Bəyən bizim üzərimizə heç bir məsuliyyət düşmürmü? Mənəvi və maddi dayaq onlara əvəzolunmaz sevinc bəxş edə bilər. Biz, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq sentybardan etibarən ASGA Analitik təhlil mərkəzinin rəhbəri Azer Verdiyevin təşəbbüsü ilə sitematik layihəyə başlayacağıq. "Şəhidimi unutmadım, unutmaram" adlı layihə çərçivəsində, xüsusən də, regionlarımızda olan şəhid ailələrinə yardımlar edəcəyik. Bu işdə bizə qoşulmaq istəyənlər olsa biz buna ancaq sevinə bilərik. Bu bizim gücümüzü daha da artırmış olacaq.
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyevisə hər bir vətəndaşın şəhidlərimizin ruhu qarşısında mənəvi məsuliyyət daşıdığını dedi: "İlk olaraq biz aprel döyüşlərində şəhid olan və 3 övladı yadigar qalan igidimizin ailəsini məktəb ləvazimatları ilə tam təmin edəcəyik. Artıq lazım olan hər şey ən yüksək səviyyədə həll olunub. Bu barədə də əlavə məlumatlar veriləcək.”
Məlumat üçün qeyd edək ki, şəhid ailələri müxtəlif problemlərlə, zəruri ehtiyacları ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasına müraciət edə bilərlər
077610 0044





