Goranboy rayonu daha bir şəhid verib.
Bu barədə məlumatı rayonun icra başçısı Nizaməddin Quliyev verib. O, hazırda dəfnə getdiyini bildirib.
1995-ci il təvəllüdlü, kəşfiyyatçı gizir Hüseynov Bəxtiyar Rəfael oğlu Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin meyiti dünən erməni tərəfdən təhvil verilib və hazırda doğulduğu kənddə dəfn olunur.
7News.Az









