Ermənistan tərəfi bildirir ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir.
Ekspertiza başa çatmadan cəsədi qaytarmayacaq. Həmçinin Azərbaycanı ötən ilin dekabrında dövlət sərhəddində baş verən atışmada günahkar olduğunu boynuna almağa çağırır.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland da Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb.
Lakin bu cəhdlər nəticə vermir.
Bununla əlaqədar olaraq sosial şəbəkə istifadəçiləri aksiyaya başlayıb.
Belə ki, onlar #ÇingizQurbanov haştaqıyla şəhidimizin cəsədinin qaytarılmamasına etirazını bildirir.//politika.az
7News.az








