RU
Şəhidimizin şəkili ermənilərin profilində – FOTO
15:48
731

Şəhidimizin şəkili ermənilərin profilində – FOTO

"Anti-armenia Team” adlı azərbaycanlı hakerlər qrupu yüzlərlə erməninin "Facebook” profillərinin şifrəsini sındırıb.

Onlar bununla kifayətlənməyərək həmin profillərə şəhid Çingiz Qurbanovun fotosunu yerləşdiriblər.

Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.//Baku.ws

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ