Bu ilin aprel döyüşlərində şəhid olan Rəhim Tağıyevin xanımı Vüsalə Tağıyeva bu gün informasiya agentliklərinə üz tutaraq ərinin ölüm kağızının hələ də ala bilməməsi ilə bağlı məmurlardan şikayətlənib.
7News.Az şəhid xanımının şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb.
E.Babayevin sözlərinə əsasən, nazirliyə Rəhim Tağıyevlə bağlı sənəd daxil olmayıb.
“Nazirliyə R.Tağıyevlə bağlı sənəd daxil olan kimi Vüsalə Tağıyeva və övladları müvafiq qaydada və operativ şəkildə müavinətlə təmin ediləcəklər”, - deyə nazirliyin sözçüsü bildirib.








