RU
Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər - Meşəli soyqırımının şahidi
11:30
45

Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər - Meşəli soyqırımının şahidi

Vaqif Xaçatryan və Badara sakinləri kəndə qəfil hücum etdi.

Bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov deyib.

"Bizim 25 şəhidimiz, 14 yaralımız oldu. Bizə kömək gəlməsəydi, hamımızı yandıracaqdılar. Ailəmizin 9 üzvü şəhid olub. Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər. Vaqif deyir ki, o, orada olmayıb. Bəs 25 nəfərimizi kim şəhid edib?", - deyə o əlavə edib.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ