Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanında böyük insan izdihamı yaşanır.
Yüzlərlə vətəndaş 1990-cı ilin 20 yanvarında baş vermiş faciədə şəhid olmuş şəxslərin ruhuna ehtiram əlaməti olaraq onların məzarlarını ziyarət edir.
Təbii ki, ziyarətçilər arasında həmin gündə həyatını itirənlərin dostları, yaxınları, qohumları da var.
Fotoqraf Nuran Məmmədovun Şəhidlər xiyabanından çəkdiyi növbəti fotoları təqdim edirik: /qafqazinfo
7News.Az













